3
“2023-cü ildə KOBİA-da 250-dən çox vətəndaş qəbulu keçirilib. Cari il üzrə ilk vətəndaş qəbulunda sahibkarları dinlədik, suallarını cavablandırdıq”.
BBN.az xəbər verir ki, bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“Qəbul zamanı qaldırılan məsələlər araşdırılaraq Agentliyin səlahiyyətləri çərçivəsində həlli üçün müvafiq tədbirlər görüləcək”, – deyə o, qeyd edib.