İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin (KOBİA) sədri Orxan Məmmədov 2-ci “Yüksəliş” müsabiqəsinin qaliblərindən olan Nərgiz Balakişiyeva ilə görüşüb.
BBN.az xəbər verir ki, o, bu haqda özünün eks (keçmiş Twiter) sosial şəbəkəsi hesabında bildirib.
“2-ci Yüksəliş Müsabiqəsi-nin qaliblərindən olan Nərgiz Balakişiyeva ilə mentorluq proqramı çərçivəsində görüşərək KOBİA-nın fəaliyyəti barədə məlumat verdim, karyera imkanlarına dair fikir mübadiləsi apardıq. Görüşün N.Balakişiyeva üçün faydalı olacağına inanıram”, – deyə sədr qeyd edib.