Home » Ötən il 2400-ə yaxın əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb edilib

Ötən il 2400-ə yaxın əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb edilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Özünüməşğulluq proqramına cəlb olunmaq üçün müraciət edən vətəndaşlar arasında həssas qruplara, o cümlədən əlilliyi olan şəxslərə üstünlük verilir.

2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 2400-ə yaxınəlilliyi olan şəxs kiçik ailə təsərrüflarını qurmaq üçün potensialları nəzərə alınmaqla həmin proqrama cəlb edilib.

İlk mərhələdə onlar üçün təlim kursları təşkil edilib və kiçik biznesin qurulmasına dair zəruri bilik və bacarıqlar öyrədilib. Kursları bitirərək biznes-planlarını müdafiə etdikdən sonra isə mal və materiallar formasında aktivlərlə təmin ediliblər.

Əlavə olaraq, daha 500 nəfər əlilliyi olan şəxsin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BMT-nin İnkişaf Proqramının birgə icra etdiyi  “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsi çərçivəsində dayanıqlı biznesə sahib olmaları üçün işlər aparılıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.