Home » Ötən il Energetika Nazirliyi və tabeli qurumlara 7783 müraciət daxil olub

Ötən il Energetika Nazirliyi və tabeli qurumlara 7783 müraciət daxil olub

by anar
0 comments 0 views 1 minutes read

2023-cü il ərzində Energetika Nazirliyi və tabeli qurumlara 7783 vətəndaş müraciəti daxil olub.

Müraciətlərin 6636-ı müvafiq qaydada icra edilib, 790-ı isə məlumat xarakterli olub (müraciətin geri götürülməsi, təşəkkür və digər). 357 müraciət isə icradadır.

Müraciətlər əsasən elektrik enerjisi şəbəkəsinə qoşulma, texniki şərtin verilməsi, elektrik qurğu və avadanlıqlarının istismar vəziyyəti, elektrik enerjisinin verilişində fasilələrin yaranması, qaz təchizatı, sayğaclaşma, bərpa olunan enerji, qəbula yazılmaq, icazələrin verilməsi və digər mövzularla bağlı olub.

Hesabat dövründə Nazirliyin Aparatının və tabeli qurumların rəhbər vəzifəli şəxsləri tərəfindən 256 vətəndaş qəbul edilib və qəbullarda səsləndirilən müraciətlər üzrə qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.