Home » Ötən illərdə düzgün hesablanmadan aşağı məbləğdə təyin olunmuş pensiyalar müəyyən edilərək artırılıb

Ötən illərdə düzgün hesablanmadan aşağı məbləğdə təyin olunmuş pensiyalar müəyyən edilərək artırılıb

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Artım keçən il və bu ilin ilk rübündə 12 809 şəxsi əhatə edib

Dövlət Sosial Müdafiə Fondu ötən illərdə təyin olunmuş pensiyaların məbləğlərinin qanunvericiliyin tələblərinə uyğunluğunun araşdırılmasını davam etdirir.

Araşdırmalar nəticəsində 12809 şəxsin pensiya məbləğlərinin qanunvericilikdə nəzərdə tutulandan aşağı məbləğdə hesablandığı müəyyən edilib. Beləliklə, sosial ədalətin təmin edilməsi məqsədilə həmin şəxslərin pensiya məbləğləri qanunauyğun şəkildə yenidən hesablanaraq artırılıb.

Artımlar onlara pensiya hüquqlarının yarandığı tarixdən və ya qanunvericiliyin tələbinə uyğun hallarda əvvəlki üç il üçün hesablanaraq verilib.

Həmin artımların təmin edilməsi üçün əlavə olaraq illik 8 milyon manat vəsait ayrılıb. Bundan başqa, keçmiş dövr üzrə ödənilməli olan 14,5 milyon manat fərq hesablanaraq aylıq pensiya məbləğlərinin üzərinə əlavə edilməklə hissə-hissə ödənilir.

Beləliklə, həmin şəxslərə pensiya ödənişi müddətində əlavə olaraq 80 milyon manatdan çox vəsait ödənəcək.

Hazırda da bu tipli araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.