Sentyabrda ABŞ əmək bazarına 336.000 iş yeri əlavə edilib.
BBN.az NBC News TV-yə istinadən xəbər verir ki, bu isə iqtisadçıların proqnozlarından 2 dəfə çoxdur.
Qeyd edək ki, hazırda isə ekspertləri bir sual maraqlandırır, əmək bazarının bu qədər güclü olması ABŞ Mərkəzi Bankına (FED) və onun faiz artımı ilə bağlı qərarına necə təsir edəcək. Mərkəzi Bankın faiz artımı ilə bağlı qərarları ardıcıl olaraq sentyabrın 20-i, noyabrın 1-i və dekabrın 13-də açıqlanacaq.
Əlavə edək ki, hazırda ABŞ-da işsizlik dərəcəsi 3.8%-dir ki, bu da son 54 ilin ən aşağı səviyyəsindədir. ABŞ prezidenti Joe Biden isə sürpriz məşğulluq rəqəmləri ilə bağlı qeyd edib ki, amerikalılar daha çox qazanmaqdan zövq alırlar.