Home » Ötən il bank əmanətçilərinin depozit gəlirləri 42%-ə yaxın artıb

Ötən il bank əmanətçilərinin depozit gəlirləri 42%-ə yaxın artıb

by yunus
0 comments 0 views 1 minutes read

2025-ci ildə Azərbaycanda bankların cəlb etdikləri depozitlər (əmanətlər) üzrə faiz xərcləri 1 milyard 282 milyon manat təşkil edib.

BBN.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 41.6% və ya 376.6 milyon manat artıb. 2024-cü ildə banklar 905.4 milyon manat depozit faizi ödəyiblər.

Qeyd edək ki, cari il yanvar ayının 1-nə banklarda hüquqi və fiziki şəxslərin depozitlərinin həcmi (maliyyə institutları istisna olmaqla) ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.4% artaraq 38 milyard 221.9 milyon manata bərabər olub.

Xatırladaq ki, hesabat dövründə Azərbaycanda fəaliyyət göstərən 22 bank ümumilikdə 5 milyard manat faiz gəliri əldə ediblər.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.