Home » Ötən il Energetika Nazirliyi və tabeliyindəki qurumlar tərəfindən 4211 müraciətə baxılıb

Ötən il Energetika Nazirliyi və tabeliyindəki qurumlar tərəfindən 4211 müraciətə baxılıb

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

2020-ci ildə Energetika Nazirliyi, tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi və Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyində istehlakçı hüquqlarının qorunması, elektrik enerjisi və təbii qaz təchizatı, istilik təchizatı, bərpa olunan enerji və digər məsələlərlə bağlı 4211 müraciətə baxılıb. Müraciətlərin 2849-u elektrik enerjisi,  651-i təbii qaz təchizatı, 12-i bərpa olunan enerji sahəsi, 53-ü istilik təchizatı, 646-ı isə digər məzmunlu məsələləri əhatə edib.

Müraciətlər əsasən enerji təchizatı şəbəkəsinə qoşulma, sayğaclarda yaranan qüsurlar, elektrik qurğu və avadanlıqlarının istismara yararsız olması, elektrik enerjisinin keyfiyyəti, elektrik enerjisi və təbii qaz təchizatında yaranan fasilələr, qazlaşdırma, borc və cərimələr, sayğaclaşdırma, istilik təchizatı, işlə təminat və digər məsələlərə aid olub.

Bu müraciətlər Energetika Nazirliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi və Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi tərəfindən müvafiq qaydada araşdırılaraq cavablandırılıb.

Hesabat dövründə, həmçinin Energetika Nazirliyinin sosial şəbəkələrdəki hesabları  vasitəsilə 100-ə yaxın müraciət daxil olub ki, həmin müraciətlər üzrə sorğular operativ qaydada cavablandırılıb, şikayət tipli müraciətlər isə Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən aidiyyəti üzrə araşdırılaraq icrası təmin edilib və vətəndaşlar bu barədə məlumatlandırılıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.