Dünyanın ən böyük mikroçip istehsalçılarından olan Intel-in keçən ilin son rübündəki gəliri 10 faiz artımla gözləntilərin üstündə olub.
BBN.az xəbər verir ki,İntel keçən ilin dördüncü rübü üçün balans hesabatını açıqladı.
Buna görə çip şirkətinin gəliri 2023-cü ilin son rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10 faiz artaraq 15,4 milyard dollara çatıb.
Intel əvvəlki ilin dördüncü rübündə 14 milyard dollar gəlir əldə edib. Bazar gözləntilərini üstələyən şirkətin gəlirinin bu dövrdə 15,15 milyard dollar olacağı gözlənilirdi.
Şirkətin 2023-cü ildə gəliri 14 faiz azalaraq 63,1 milyard dollardan 54,2 milyard dollara düşmüşdü.
Keçən ilin son rübündə Intel-in xalis mənfəəti 2,7 milyard dollar olaraq qeyd edildi. Intel əvvəlki ilin eyni rübündə 700 milyon dollar xalis zərər açıqlamasını etmişdi.