Home » “Oxford Economics”: İran ətrafındakı gərginlik Azərbaycana Avropa investisiyalarını artıra bilər

“Oxford Economics”: İran ətrafındakı gərginlik Azərbaycana Avropa investisiyalarını artıra bilər

by Zeyneb
0 comments 1 views 1 minutes read

İran ətrafında münaqişənin uzanması Avropa İttifaqının enerji idxalını diversifikasiya etmək səylərini gücləndirə və bunun nəticəsində Azərbaycanın enerji infrastrukturu və hidrokarbon sektoruna Avropa investisiyalarının artmasına səbəb ola bilər.

Bu barədə Böyük Britaniyanın “Oxford Economics” analitik mərkəzinin qiymətləndirməsində bildirilib.

Hesabatda qeyd olunur ki, Yaxın Şərqdə İran ətrafında davam edən münaqişənin keçmiş sovet məkanı ölkələrinə qısamüddətli təsiri məhdud və qarışıq olacaq. Analitiklərin fikrincə, bu təsir Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı başlatdığı müharibə ilə müqayisədə xeyli zəif olacaq.

Bununla yanaşı, neft və qaz qiymətlərinin artması hidrokarbon ixrac edən ölkələrin – Azərbaycan, Rusiya və Qazaxıstanın ixrac və büdcə gəlirlərinin yüksəlməsinə gətirib çıxara bilər.

Analitiklər bildirirlər ki, əlavə neft gəlirlərinin iqtisadi artıma qısamüddətli təsiri məhdud ola bilər. Bunun əsas səbəbi hidrokarbon gəlirlərindən əldə olunan əlavə vəsaitlərin suveren fondlara yönəldilməsini nəzərdə tutan fiskal qaydaların tətbiq edilməsidir.

Hesabatda vurğulanır ki, Azərbaycanın suveren fondu olan Dövlət Neft Fondu (ARDNF) iqtisadiyyatın ölçüsü ilə müqayisədə böyükdür və ÜDM-ə nisbətdə təxminən 100 %-ə yaxın səviyyəyə çatır.

Eyni zamanda Azərbaycanın fiskal qaydaları hər il dövlət büdcəsində istifadə edilə bilən neft gəlirlərini məhdudlaşdırır və əlavə gəlirlərin Neft Fonduna yönəldilməsini nəzərdə tutur. Bu fiskal çərçivəyə əməl olunması əlavə neft gəlirlərinin iqtisadiyyata qısamüddətli təsirini minimum səviyyədə saxlayır.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.