Home » Özbəkistan səfiri Sumqayıt Kimya Sənaye Parkında olub

Özbəkistan səfiri Sumqayıt Kimya Sənaye Parkında olub

by bbnadm
0 comments 0 views 0 minutes read

Avqustun 19-da Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov Sumqayıt Kimya Sənaye Parkı ilə tanış olub.

“Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Elşad Nuriyev səfirə ölkəmizdə fəaliyyət göstərən sənaye parkları və məhəllələri, burada sahibkarlar üçün yaradılmış əlverişli şərait, rezidentlər üçün tətbiq edilən güzəşt mexanizmləri və göstərilən xidmətlər barədə məlumat verib. Səfir kənd təsərrüfatının inkişafında mühüm mexanizm olan aqroparklar barədə də məlumatlandırılıb, Özbəkistan iş adamları ölkəmizin sənaye parklarındakı əlverişli biznes və investisiya mühitindən yararlanmağa dəvət edilib.

Səfir Bahrom Aşrafxanov ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini, sənaye və kənd təsərrüfatının emalı sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdırıb.

You may also like

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.