Home » Özünüməşğulluq layihəsi çərçivəsində banklar tərəfindən avadanlıqla təmin edilmiş şəxslərin sayı 300-ü ötüb!

Özünüməşğulluq layihəsi çərçivəsində banklar tərəfindən avadanlıqla təmin edilmiş şəxslərin sayı 300-ü ötüb!

by bbnadm
0 rəy 2 baxış 3 dəqiqə oxuma

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə banklar tərəfindən köməklik göstərilməsi ilə bağlı sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsü özünüməşğulluq proqramının genişləndirilməsi işlərində bankların da iştirakına şərait yaradıb.

Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında əməkdaşlığa dair imzalanan memorandumun icrası istiqamətində fəal iş aparılır.

Hazırda bu proqramın icrasına ölkədə fəaliyyət göstərən 22 bank qoşulub. Bu günə olan statistikaya əsasən artıq 500-dən çox vətəndaş banklar tərəfindən seçilib və onlardan 300-dən çox vətəndaşa müvafiq sahibkarlıq istiqaməti üzrə artıq avadanlıq təqdim edilib.

Ölkə bankları tərəfindən layihənin icrası fəal formada davam edir və ilin sonuna qədər davam etməsi planlaşdırılır.

Həmçinin xatırladaq ki, “Özünüməşğulluğa Dəstək Layihəsi” çərçivəsində özünüməşğulluq proqramına qoşulmaq istəyən vətəndaşların müraciətlərinin qəbulu davam edir.

İşsiz aztəminatlı şəxslər, ö cümlədən əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, məcburi köçkünlər, ün vanlı dövlət sosial yardımı alanlar və həssas qruplardan olan digər şəxslər layihəyə cəlb edilərək onlar üçün bankların dəstəyi ilə kiçik bizneslər yaradılacaq.  Layihə üzrə qeyd edilən kateqoriyalardan olan 1000 nəfər işsiz şəxsin 2020-ci il ərzində proqrama cəlb edilməsi nəzərdə tutulur.

Proqram çərçivəsində aşağıda qeyd olunan fəaliyyət istiqamətləri üzrə kiçik bizneslərin qurulması üzrə aktivlər təklif edilə bilər:

1.Un məmulatları istehsalı (kiçik çörəkbişirmə və şirniyyat sexi)16.Tekstil məhsulları istehsalı (kiçik dərzi sexi) 
2.PVC qapı və pəncərə hazırlanması17.Brolyer inkubatoru  
3.Kişi bərbərxanası18.Qadın gözəllik salonu
4.Avtoyağlama19.Avtomobil şinlərinin təmiri
5.Komputer oyun salonu20.Avtoyuma
6.Mebel (Kəsmə, Bant vurma, Oyma işləri)21.Avtoçilingər  
7.Dizayner22.Dülgər
8.Dəmirçi23.Dönərçi
9.Avtotornaçı (tokar)24.Yem üyütmə xidməti (mini yem dəyirmanı)
10.Parket və taxta döşəmə cilalanması25.Yun darama
11.Avtoelektrik26.Naxış vurma
12.Meyvə qurutma27.Təlim-tədris
13.Fitnes (idman)28.Musiqiçi
14.Poliqrafiya xidmətləri29.Ayaqqabı təmiri və istehsalı
15.Foto xidməti30.İstixana


Layihəyə cəlb edilmək üçün MAS-a və ya aşağıda qeyd olunan email ünvanlarına müraciət edilə bilər:

project.dma@sosial.gov.az

mesgulluq@bbn.az

Email göndərilərkən şəxsin ad, soyadı, faktiki ünvanını və əks əlaqə vasitəsi (mobil nömrə) göstərilməsi zəruridir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.