Home » Özünüməşğulluq proqramının əhatə dairəsi daha da genişləndirilir

Özünüməşğulluq proqramının əhatə dairəsi daha da genişləndirilir

by bbnadm
0 comments 0 views 1 minutes read

2023-cü ilin sosial hədəflərindən biri özünüməşğulluq proqramının əhatə dairəsinin genişləndirilməsində növbəti irəliləyişə nail olmaqdır.

Gələn il proqrama cəlb olunacaq şəxslərin sayının bu ilə nisbətən daha da artırılaraq 17100-ə çatdırılması nəzərdə tutulur.

Bu sahədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankının birgə icra etdiyi “Azərbaycanda məşğulluğa dəstək” layihəsi də davam etdiriləcək. 

Layihə, həmçinin yerli banklarla və sosial tərəfdaşlarla birgə işlər gələn il də proqramın genişləndirilməsinə mühüm dəstək olacaq.

Həssas əhali qruplarının öz kiçik bizneslərinin qurulmasına, kiçik sahibkarlığa çıxışına  dəstək göstərən özünüməşğulluq proqramının 2022-ci il üzrə 16 mindən çox şəxsi əhatə etməsi nəzərdə tutulub ki, onlardan bu ilin 11 ayında artıq 15,9 mini proqrama cəlb olunub.

Ümumilikdə özünüməşğulluq proqramının icrasına başlandığı 2017-ci illə müqayisədə proqrama cəlb olunanların illik sayı 14 dəfə artıb.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.