Home » Özünüməşğulluq proqramı üzrə son bir həftədə 600-dək şəxs üçün kiçik təsərrüfatlar yaradılıb

Özünüməşğulluq proqramı üzrə son bir həftədə 600-dək şəxs üçün kiçik təsərrüfatlar yaradılıb

by ulviyya
0 rəy 0 baxış 0 dəqiqə oxuma

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı iştirakçılarının aktivlərlə təminatı işləri davam etdirilir.

Son bir həftədə Bakı və ölkəmizin regionlarında 600-dək işsiz və işaxtaran şəxs bu  proqram çərçivəsində mal və materiallar formasında aktivlərlə təmin olunub.

Verilmiş aktivlər hesabına həmin şəxslər üçün kənd təsərrüfatı, istehsal və xidmət sahələri üzrə kiçik təsərrüfatlar qurulub.

Proqrama cəlb olunanlar üçün ilk mərhələdə kiçik biznesin təşkili və idarə olunmasına dair bilik və bacarıqların öyrədildiyi təlimlər təşkil olunur. Təlimlərdən sonra onlar biznes planlarına uyğun aktivlərlə təmin edilirlər.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.