Home » Özünüməşğulluq proqramının genişləndirilməsində banklarla əməkdaşlıq məsələləri müzakirə olunub

Özünüməşğulluq proqramının genişləndirilməsində banklarla əməkdaşlıq məsələləri müzakirə olunub

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Mərkəzi Bankın və Azərbaycan Banklar Assosiasiyasına (ABA) üzv bankların nümayəndələrinin “Kapital Bank” ASC-nin ofisində təşkil olunan görüşündə özünüməşğulluq proqramının genişləndirilməsində banklarla əməkdaşlıq məsələləri müzakirə olunub.

ABA-nın prezidenti Zakir Nuriyev və Mərkəzi Bankın sədrinin müşaviri Əliyar Məmmədyarov həmçinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq  siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Süleymanov və Dövlət Məşğulluq Xidmətinin rəis müavini Rəşad Dayıyev Prezident İlham Əliyevin Azərbaycanda fəaliyyət göstərən özəl banklara özünüməşğulluq proqramına qoşularaq proqramın daha da geniş vüsət almasına dəstək olmaq çağırışının əhəmiyyətini vurğulayıblar.

Z.Nuriyev Assosiasiyaya üzv bankları bu çağırışa qoşulmağa və prosesin aktiv iştirakçısı olmağa dəvət edib. Dövlət başçısının tapşırığı ilə icra olunan özünüməşğulluq proqramının mühüm sosial-iqtisadi önəmini qeyd edib və bankların da iştirakı ilə proqramın daha da genişlənməsinin mühüm sosial-iqtisadi önəmini diqqətə çatdırıb.

Görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri özünüməşğulluq proqramı haqqında geniş təqdimatla çıxış edib və bankların proqramın icra mexanizmi barədə  suallarını cavablandırıblar.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.