Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Pambıq sahələrinin sığortası iyunun 13-dək davam edəcək - BBN

Pambıq sahələrinin sığortası iyunun 13-dək davam edəcək

Fermer və təsərrüfat sahibləri iyun ayının 13-dək Aqrar Sığorta Fonduna müraciət edərək pambıq sahələrini çoxsaylı risklərdən sığorta edə bilərlər.
Aqrar Sığorta Fondu pambıq sahələrini dolu, fırtına, qasırğa, sel və subasma, leysan yağışları, vəhşi heyvanların hücumları, 3-cü şəxsin hərəkətləri və sair risklərdən sığortalayır.
Sığorta haqqının 50%-nin dövlət tərəfindən ödənilməsi sayəsində fermerlər cüzi məbləğ ödəməklə sahələrinin sığorta edə bilərlər.
Ölkə ərazisində 1 hektar pambıq sahəsinin sığortalanması üçün sığorta haqqının məbləği məhsuldarlıq göstəricisindən asılı olaraq 15-30 manat arasında dəyişir.
Qeyd edək ki, pambıq əkən fermerlər artıq aqrar sığortadan faydalanırlar. Belə ki, 2023-cü ildə baş verən hadisələrə görə pambıqçılara 950 min manat sığorta ödənişi edilib. 2024-cü ildə baş vermiş hadisələrə görə isə pambıq əkən fermerlərə 1,2 milyon manat zərər ödənişinin edilməsi nəzərdə tutulur və hazırda bu ödənişlər davam edir.

Related posts

Vüsal Qurbanov: “Könüllü sığorta məhsulları vahid paketdə təqdim olunacaq”

Azərbaycanda icbari sığorta qanunvericiliyində yeni dəyişikliklər planlaşdırılır

Azərbaycanda sığorta bazarı bu il 2%-ə yaxın böyüyüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı