Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Vergi daxilolmalarının 72,9 faizi qeyri-neft-qaz sektorunun payına düşüb - BBN

Vergi daxilolmalarının 72,9 faizi qeyri-neft-qaz sektorunun payına düşüb

2025-ci ilin yanvar-may aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 7 milyard 843,3 milyon manata yaxın vergi daxil olub, proqnoza 105,7 faiz əməl edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 344,2 milyon manat və ya 4,6 faiz artıb.

Qeyri-neft-qaz sektorundan daxilolmalar 5 milyard 716,2 milyon manata yaxın təşkil edib. 2024-cü ilin eyni dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 9,1 faiz çox olub.

Ödənilən vergilərin 72,9 faizi qeyri-neft-qaz sektorunun, 27,1 faizi isə neft-qaz sektorunun payına düşüb.

Related posts

Azərbaycanda vergi ödəyicilərinin sayı 3%-dən çox artıb

2025-ci ildə Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi 10 faizdən çox artıb

Dörd ayda ölkə əhalisinə 5,1 milyon manatlıq ödənişli xidmətlər göstərilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı