Home » PAŞA Bank 2022-ci ilin ilk yarımili üzrə maliyyə nəticələrini açıqladı

PAŞA Bank 2022-ci ilin ilk yarımili üzrə maliyyə nəticələrini açıqladı

by bbnadm
0 comments 1 views 1 minutes read

“2022-ci ilin ilk 6 ayında PAŞA Bank-ın cəmi aktivlərinin həcmi 7,434,572 min manat olub, 2021-ci ilin dekabr məlumatına görə isə bu rəqəm 6,426,856 min manat idi. Ötən aylar ərzində artım isə 15.7% olub”.

BBN.az xəbər verir ki, bu haqda bu gün PAŞA Bankın təşkil etdiyi mətbuat konfransında Bankın idarə heyətinin üzvü, baş maliyyə inzibatçısı Murad Süleymanov bildirib.

Onun sözlərinə, əsasən 2022-ci ilin ilk 6 ayında faiz qazandıran aktivlərin ümumi aktivlərdə payı 74.4% olub. 2021-ci il dekabr məlumatına, əsasən bu rəqəm 77,2% idi: “Faiz qazandıran aktivlərin ümumi aktivlərdə payı isə 2.8% azalıb”.

Murad Süleymanov qeyd edib ki, belə bir azalma bazarlardakı qeyri-müəyyənlikdən dolayı baş verib. “ABŞ Mərkəzi Bankının (FED) 2022-ci ilin dekabrın sonunda da faiz dərəcələrini artıracağı ilə bağlı proqnoz vardır”, – deyə o, mətbuat konfransında sözlərinə əlavə edib.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.