Home » “PAŞA Bank” ABA tərəfindən beş nüfuzlu mükafata layiq görülüb

“PAŞA Bank” ABA tərəfindən beş nüfuzlu mükafata layiq görülüb

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Ölkənin aparıcı korporativ maliyyə institutu olan “PAŞA Bank”, Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən keçirilən “Bankçılıq mükafatları” müsabiqəsinin bir neçə nominasiyasının qalibi seçilib.

Belə ki, ölkədə bank sektorunun bütün iştirakçıları arasında keçirilən müsabiqədə maliyyə institutlarının 2022-ci il üzrə fəaliyyət nəticələri qiymətləndirilib. Assosiasiyanın ekspertləri tərəfindən verilən qərara əsasən “PAŞA Bank” 5 istiqamət üzrə nüfuzlu mükafata layiq görülüb. Belə ki, Bank, “Korporativ sosial məsuliyyət”, “Ən fəal maliyyə savadlılığı dəstəkçisi”, “Nağdsız ödənişlərin təşviqi sahəsində fərqlənən ABA üzvü”, “Elektron bankçılıq üzrə layihələr” və “Rəqəmsal ödənişlərdə təhlükəsizliyə dair maarifləndirmə layihələri” istiqamətlərində qalib seçilib.

Xatırladaq ki, “PAŞA Bank”, ötən illərdə də ABA tərəfindən “Korporativ sosial məsuliyyət”, “Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması”, “Nağdsız ödənişlərin təşviqi sahəsində tədbirlərlə fərqlənən ABA üzvü” və bir sıra başqa nominasiyalarda qalib olaraq fərqləndirilib.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.