Home » “PAŞA Bank” həssas əhali qruplarının özünüməşğulluğunun təşkilini dəstəkləməyə davam edir

“PAŞA Bank” həssas əhali qruplarının özünüməşğulluğunun təşkilini dəstəkləməyə davam edir

by ulviyya
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Ölkənin aparıcı korporativ maliyyə institutu olan “PAŞA Bank” əhalinin rifahının yüksəldilməsinə yönəlmiş təşəbbüslərin həyata keçirilməsinə töhfə verir. Belə ki, Bank, həssas əhali qruplarının özünüməşğulluğunun təşkilini dəstəkləməyə davam edir.

Bu layihə çərçivəsində 16-17 avqust tarixlərində “PAŞA Bank” tərəfindən Bakı, Ağcabədi, Ağdam, Ağstafa, Göyçay, Göygöl, Naftalan, Tərtər və Tovuzda məskunlaşmış məcburi köçkün və şəhid ailələrinə xüsusi avadanlıqlar çatdırılıb. Bu avadanlıqlar vasitəsilə əhaliyə öz bizneslərini qurmaq və idarə etmək imkanı təqdim olunub.

Xatırladaq ki, “PAŞA Bank” 2020-ci ildən etibarən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyasının təşəbbüsü ilə həyata keçirilən bu layihədə fəal surətdə iştirak edir. Bank bu layihə çərçivəsində artıq 100-dən çox ailəyə dəstək göstərməyə müvəffəq olub.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.