“2022-ci ilin ilk 6 ayında PAŞA Bank-ın əməliyyat xərcləri 57,272 min manat olub. 2021-ci ilin müvafiq dövründə isə bu rəqəm 48.158 min manat idi. Əməliyyat xərclərində cəmi artım isə təxminən 19%, daha dəqiq desək 18.9% olub”.
BBN.az xəbər verir ki, bu haqda bu gün PAŞA Bankın təşkil etdiyi mətbuat konfransında Bankın idarə heyətinin üzvü, baş maliyyə inzibatçısı Murad Süleymanov bildirib.
Baş maliyyə inzibatçısı qeyd edib ki, 2022-ci ilin ilik 6 ayında xərclərin gəlirə nisbəti 38,93% olub, 2021-ci ilin müvafiq dövründə isə 36,72% idi: “Xərclərin gəlirə nisbəti 6,0% artıb”, – deyə Murad Süleymanov sözlərinə əlavə edib.
2022-ci ilin ilk yarımilində işçilər üzrə cəmi xərclər 25,187 min manat olub, 2021-ci ilin analoji dövründə isə bu göstərici 21,035 min manat idi: “O, il ərzində işçilər üzrə cəmi xərclərin artımını insan kapitalına investisiyaların PAŞA Bank-ın ən böyük aktivi olması ilə izah edib”.