Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“PAŞA Bank”dan endirimli onlayn kreditlərlə yeni ildə biznes imkanlarınız genişlənsin! - BBN

“PAŞA Bank”dan endirimli onlayn kreditlərlə yeni ildə biznes imkanlarınız genişlənsin!

Azərbaycanın aparıcı maliyyə institutu “PAŞA Bank” kiçik və orta sahibkarlığa dəstək məqsədilə keçirilən tədbirləri davam etdirir.

Bu tədbirlər çərçivəsində yeni kampaniyaya start verilib. Əsas məqsəd il sonuna doğru bizneslərdə sifarişlərin artması, həmçinin bayramlar öncəsi tədarük və təchizat prosesində yarana biləcək çətinliklərin operativ həllidir. Bu təşəbbüs kiçik və orta sahibkarların əlavə vəsaitlərə yaranacaq ehtiyaclarının qarşılanmasına imkan verəcək.

Belə ki, 4-31 dekabr 2023-cü il tarixləri aralığında onlayn biznes kreditinə müraciət edən biznes sahibləri krediti 1.5% deyil 0.9% birdəfəlik komissiya ilə əldə edə bilərlər. Onlayn kreditlər üzrə faiz dərəcəsi 12%-dən başlayaraq, 250.000 AZN-dək məbləğdə təqdim olunur.  Onu da qeyd edək ki, kredit vəsaiti sahibkarlardan girov tələb olunmadan rəsmiləşdirilir.

Bu endirim yalnız kampaniya müddəti ərzində onlayn kredit müraciətini tam formada yekunlaşdıran sahibkarlara şamil olunacaq.

“PAŞA Bank”ın onlayn biznes kreditinə indi müraciət edin və cəmi 1 iş günü ərzində qərar haqqında bildiriş alın.

Related posts

“Unibank Kommersiya Bankı” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

“GL” ASC-nin istiqrazları üçün “Ticarətə İcazə” qərarı verilmişdir

“Moody’s”: Azərbaycanda prudensial siyasət və kapital tələbləri bank sektorunun dayanıqlılığını gücləndirir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı