Home » “PAŞA Bank”ın dəstəyi ilə Azərbaycan xalçaları Riqada nümayiş olunub

“PAŞA Bank”ın dəstəyi ilə Azərbaycan xalçaları Riqada nümayiş olunub

by ulviyya
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” Azərbaycanın milli mədəni irsinin qorunması və dünyada təbliği istiqamətində təşəbbüslərini davam etdirir.

Bu təşəbbüs çərçivəsində “PAŞA Bank” ölkəmizin zəngin xalçaçılıq sənətinin Avropada tanıdılması və Azərbaycan ilə Latviya arasında diplomatik münasibətlərin 30 illiyi münasibətilə Avropanın nüfuzlu mədəniyyət ocağı hesab olunan Latviyanın Dekorativ İncəsənət və Dizayn Muzeyinə müasir üslubda toxunmuş 3 xalçanı hədiyyə edib. Bu xalçalar Riqa şəhərində təşkil olunan “Yaddaşın genetik kodu. Azərbaycan xalçaları” adlı sərgidə nümyayiş olunub.

Qeyd edək ki, Bank “Azərxalça” ASC və “AFFFAIR” markası tərəfindən qədim xalçaçılıq ənənələri əsasında müasir nümunələrin hazırlanması layihəsinin tərəfdaşlarından biri olub.

Bu layihədə, “Açma-yumma”, “Qarabağ”, “Naxçıvan”, “Pazırıq” və “Şəbəkəli” xalçalarının elementlərindən ilhamlanaraq məhdud sayda hazırlanmış müasir xalça nümunələrinin bir hissəsi mədəni irsin qorunması, müasirləşdirilməsi və gələcək nəsillərə ötürülməsi məqsədilə Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasına hədiyyə olunub.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.