6

Səhmdarların Ümumi Yığıncağının qərarına əsasən, Asəf Hüseynov Akif oğlu “PAŞA Bank” ASC-nin Müşahidə Şurasının yeni üzvü təyin edilib.
Asəf Hüseynov 2021-ci ilin may ayından “PASHA Holding”in baş risk inzibatçısı vəzifəsini icra edir. O, 2015–2017-ci illərdə “Unibank” ASC-nin İdarə Heyəti sədrinin müavini, 2019–2021-ci illərdə isə “PASHA Bank Georgia”nın Direktorlar Şurasının üzvü olub.
Qeyd edək ki, 2023-cü ilin fevral ayında Nofəl Rzayev “PAŞA Sığorta”nın Direktorlar Şurasını tərk etmişdi.





