Home » “PAŞA Bank”ın səhmləri üzrə neçə faiz gəlirlilik ola bilər?

“PAŞA Bank”ın səhmləri üzrə neçə faiz gəlirlilik ola bilər?

by Zeyneb
0 comments 4 views 2 minutes read

“PAŞA Bank” ASC səhmlərinin İlkin Kütləvi Təklifi (IPO) üzrə hazırlıq prosesinə start verib. IPO “Paylaşdıqca böyüyürük – birlikdə” şüarı altında həyata keçirilir.

IPO üzrə hazırlıq prosesinə həsr olunmuş mətbuat konfransında Bankın İdarə Heyətinin sədri və Baş icraçı direktoru Cavid Quliyev, həmçinin İdarə Heyətinin üzvü, Baş maliyyə inzibatçısı Murad Süleymanov iştirak edərək ilkin məlumatları açıqlayıb və media nümayəndələrinin suallarını cavablandırıblar.

Cavid Quliyev bildirib ki, “PAŞA Bank” davamlı dividend siyasəti həyata keçirən bankdır. Onun sözlərinə görə, son illər ərzində dividend ödənişi nisbəti Bankın xalis mənfəətinin minimum 35–40%-i səviyyəsində olub və bu göstərici bir neçə il ardıcıl qorunub saxlanılıb. Qalan mənfəət isə Bankın məcmu kapitalının tələb olunan səviyyədə saxlanılması və likvidlik ehtiyaclarının qarşılanmasına yönəldilir.

Yeni emissiyadan sonra “PAŞA Bank”ın nominal nizamnamə kapitalı 372 milyon 237 min 390 manat təşkil edir. Bu məbləğ hər birinin nominal dəyəri 20 manat olan 18 milyon 611 min 869 ədəd adi, adlı səhmdən ibarətdir. IPO çərçivəsində nizamnamə kapitalının 5%-i və ya 932 min 926 ədəd səhm bazara təqdim olunacaq.

Bank 2025-ci ili 148 milyon 896 min manat xalis mənfəətlə başa vurub. Rəhbərliyin açıqlamasına əsasən, mövcud dividend siyasəti nəzərə alınarsa, 2025-ci ilin maliyyə nəticələri üzrə dividend ödənişinin minimum 52 milyon 114 min manat – 59 milyon 558 min manat aralığında olması mümkündür. Bu isə səhmbaşına təxminən 2,8 – 3,2 manat dividend deməkdir.

Bir səhmin nominal dəyərinin 20 manat olduğunu nəzərə alsaq, bu göstərici nominal investisiya üzrə təxminən 14–16% aralığında potensial gəlirlilik deməkdir. Bununla belə, IPO zamanı səhmlərin ilkin təklif qiyməti və sonrakı bazar qiyməti fərqli ola bilər. Bu halda real gəlirlilik səviyyəsi də dəyişəcək.

Ekspert qiymətləndirmələrinə görə, əgər səhmlərin təklif və bazar qiyməti 30 manat ətrafında formalaşarsa, investisiya üzrə illik gəlirlilik səviyyəsi təxminən 10% civarında ola bilər. Bununla yanaşı, gələcək illərdə Bankın xalis mənfəətinin dinamikası və dividend siyasəti investorlara təqdim ediləcək real gəlirliliyə birbaşa təsir göstərəcək.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.