PAŞA Bank tərəfindən təşkil edilən “Parla” Yay Təcrübə Proqramı 2024 uğurla başa çatdı. 8003 ümumi müraciət arasından 70 iştirakçı seçilərək 3 ay müddətində davam edən proqramda iştirak etmişdir. Eyni zamanda proqramın sonunda 30 iştirakçı işə qəbul edilərək “PAŞA Bank”-lı adını qazandı.
Proqram çərçivəsində iştirakçılarımıza mentorlar təyin edilmiş, və həmçinin onlara bankımızın mütəxəssisləri və ekspertləri tərəfindən “soft” və “hard” bacarıqların inkişafına yönəlmiş “Emosional Zəka”, “Agile” və “Süni intellekt” kimi müxtəlif mövzularda təlim sessiyaları həyata keçirilmişdir.
Bağlanış mərasimində bankımızın sədri Cavid Quliyev və İdarə heyətinin üzvləri də iştirak edərək, proqram məzunları ilə öz dəyərli karyera təcrübələrini bölüşmüş və sonda iştirakçılara sertifikatlar təqdim edilmişdir.
Sözü gedən tədbirdə müxtəlif videoçarxlar nümayiş etdirilmiş, və iştirakçılar təcrübə proqramı boyunca, öyrəndikləri bilikləri, qazandıqları təcrübələri və ən yadda qalan xatirələri bizlərlə bölüşmüşlər.
Bütün iştirakçılarımızı təbrik edir və onlara gələcək karyeralarında bizimlə birlikdə parlamağı arzu edirik!