Home » “PAŞA Holding”in Baş icraçı direktoru Cəlal Qasımov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“PAŞA Holding”in Baş icraçı direktoru Cəlal Qasımov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

by khayale
0 rəy 2 baxış 1 dəqiqə oxuma

“PAŞA Holding”in baş icraçı direktoru Cəlal Qasımov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Elvin Əlizadə və Ülviyyə Mehralıyeva ilə görüşüb.

Baş icraçı direktor qalibləri təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O bildirib ki, xüsusi hazırlanmış Mentorluq proqramı çərçivəsində qaliblər “PAŞA Holding”in müxtəlif struktur bölmələrinin fəaliyyəti ilə tanış olacaq, ixtisaslarına uyğun xüsusi sahələr üzrə bilik və bacarıqlarının inkişafına yönəlik fəaliyyətlərə cəlb olunacaqlar. Cəlal Qasımov, həmçinin rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə qaliblərə ətraflı məlumat verib.

Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri isə Mentorluq proqramı çərçivəsində Cəlal Qasımova yaradılan imkana və səmimi qəbula görə təşəkkür edərək onun şəxsi təcrübəsindən faydalanmaq istədiklərini bildiriblər.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, ikiillik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.

Qeyd edək ki, növbəti, sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 25 dekabr 2023-cü il tarixində Sərəncam imzalanıb.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.