Home » “PAŞA Holding”in dəstəyi ilə keçirilən “Woman Bazaar – Dayanıqlı İnkişaf Festivalı” başa çatıb

“PAŞA Holding”in dəstəyi ilə keçirilən “Woman Bazaar – Dayanıqlı İnkişaf Festivalı” başa çatıb

by ulviyya
0 rəy 1 baxış 1 dəqiqə oxuma

“PAŞA Holding”in dəstəyi ilə keçirilən “Woman Bazaar – Dayanıqlı İnkişaf Festivalı” başa çatıb.

“PAŞA Holding”in dəstəyi ilə 3 ayı (avqust-oktyabr) əhatə etmiş multidisiplinar festivalın əsas məqsədi həssas qrupu – valideynlərini itirmiş, əlilliyi olan, məcburi köçkün, məişət zorakılığından əziyyət çəkmiş və s. təmsil edən qadınların dayanıqlı təşəbbüslərini və sahibkarlıq fəaliyyətini dəstəkləmək, onların sosiuma reinteqrasiyasını sürətləndirmək, həmçinin mövcud fəaliyyətlərin davamlılığının təmin olunması üçün bilik və bacarıqlarının artırılması ilə yanaşı dəstək mexanizmlərinin genişləndirilməsinə təkan verməkdir.

Oktyabrın 14-15-ni əhatə edən festivalın ilk günü “Gender Hub Azerbaijan” sosial platformasının həmtəsisçisi və icraçı direktoru Məryəm Məcidova, KOBİA sədri Orxan Məmmədov, Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld OBE, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva, AQSİA sədri Səkinə Babayevanın açılış nitqləri ilə başlayıb. Daha sonra rəsmilərin iştirakı ilə keçirilmiş mərasimdə sahibkar qadınlar sertifikatla təltif olunublar.

Festival günlərində “Qadınlar Qadınlar üçün” və “Qadınlar Biznesdə” mövzuları üzrə qonaqların çıxışları da olub. Biznes kouç Sevda Əliyeva, Azərbaycan Sahibkarlar Konfederasiyasının baş katibi Natəvan Məmmədova, radio/TV aparıcısı Nərmin Knyaz, psixoloq Gülnarə Əkbərova, “VarYox” platformasının həmtəsisçisi Sitarə İbrahimbəyli və tarixçi İradə Qədirova çıxış ediblər.

Qeyd edək ki, festivalda 11 oktyabr – Beynəlxalq Qız Uşaqları Günü ilə əlaqədar guşə də yer alıb.

Ümumilikdə, festival boyunca həssas qrupa mənsub 80 sahibkar qadına həm bizneslərini professional şəkildə inkişaf etdirərək brendlərini yüksək keyfiyyətə çatdırmaq, həm də sonda 2000 nəfər alıcı kütləsinin cəlb olunması ilə 2 gün ərzində keçirilmiş satış sərgisində öz məhsullarını satmaları üçün imkan yaradılıb.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.