Home » “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb olunub

“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb olunub

by anar
0 rəy 29 baxış 1 dəqiqə oxuma

Azərbaycan Respublikasının Mərkəzi Bankının (Mərkəzi Bank) qiymətli kağızlar bazarında həyata keçirdiyi tənzimlənmə və nəzarət tədbirləri ilə bağlı ictimaiyyətin məlumatlandırılması investorların hüquqlarının müdafiəsi və şəffaflığın təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Mərkəzi Bank tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-də (Şirkət) “Qiymətli kağızlar bazarı haqqında Qanun”un 33.1-ci, “İnvestisiya şirkətləri tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydası”nın 3.4-cü, 3.5-ci, 14.3-cü, 3.11-ci, 12.1-ci, 19.3.4-cü, 19.3.8-ci, 19.3.9-cu, 19.4.9-cu, 5.3-cü və 5.5-ci bəndlərinin, “Marja ticarəti Qaydası”nın 3.6-cı, 6.5-ci və 8.2-ci bəndlərinin tələblərinin pozulması səbəbilə onun vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 414-cü və 416.0.1-ci maddələrinə müvafiq olaraq ümumilikdə 6 200 manat məbləğində cərimə edilmişdir.

Eyni zamanda, sözügedən nöqsan və çatışmazlıqların Şirkətin kapital adekvatlığına və maliyyə dayanıqlığına təsir etmədiyi müəyyənləşdirilmişdir.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.