Azərbaycan Mərkəzi Bankı (AMB) “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin vəzifəli şəxsini cərimə edib.
Bu barədə AMB məlumat yayıb.
Məlumata görə qurumun apardığı kompleks yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinə müvafiq olaraq investisiya şirkətinin vəzifəli şəxsi AMB-nin təqdimatı əsasında Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 2 min manat cərimələnib.
Xatırladaq ki, “PAŞA Kapital İnvestisiya Şirkəti”nin vəzifəli şəxsi bundan əvvəl də cərimə edilmişdi.