Home » “PAŞA Kapital” “Kapital Bank” ASC-nin istiqrazlarına abunə yazılışı elan edir

“PAŞA Kapital” “Kapital Bank” ASC-nin istiqrazlarına abunə yazılışı elan edir

by ulviyya
0 rəy 0 baxış 1 dəqiqə oxuma

10 iyun 2024-cü il tarixində “Kapital Bank” ASC-nin 50 000 000 manat həcmində istiqrazlarının yerləşdirilməsi həyata keçiriləcək. Qiymətli kağızların əsas xüsusiyyətləri: sənədsiz, adlı, faizli, təmin edilməmişdir.

Təklif edilən istiqrazların hər birinin nominal dəyəri 100 manat, sayı 500 000 ədəd, tədavülü 1 ildir. Qiymətli kağızların gəlirliliyi 10% təşkil edəcək və investorlara ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürülməklə hər 30 (otuz) təqvim gününün başa çatması tarixindən növbəti 3 (üç) iş günündən gec olmayaraq ödəniləcək.

İstiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında kütləvi, abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. “Kapital Bank” ASC-nin istiqrazları üçün abunə yazılışı 3-7 iyun 2024-cü il aralığı təyin edilib. Emissiyanın anderrayteri qismində “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC çıxış edir. Qeyd edilmiş qiymətli kağızlara investisiya imkanı ilə maraqlanan investorlar “PAŞA Kapital İnvestisiya ŞirkətiQSC-yə müraciət edə bilər.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.