Home » PAŞA Sığorta şirkəti xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə Audatex Azərbaycan şirkəti ilə əməkdaşlığı genişləndirib

PAŞA Sığorta şirkəti xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə Audatex Azərbaycan şirkəti ilə əməkdaşlığı genişləndirib

by bbnadm
0 comment 0 views 1 minutes read

Müştərilərin gözləntilərini anlamaq, onların sığorta təcrübəsini sadə və etibarlı etmək PAŞA Sığorta şirkəti üçün öndə olan məqsədlərdəndir. Şirkət daim müştəri məmnumiyyətini yüksəltmək üçün beynəlxalq təcrübələrə əsaslanır və qlobal şirkətlərlə əməkdaşlıq edir.  Bu istiqamətdə növbəti addım avtomobil üzrə sığorta hadisəsi nəticəsində dəymiş zərərlərin qiymətləndirilməsi prosesinin optimallaşdırılması və sürətləndirilməsidir.

Bu məqsədlə PAŞA Sığorta zərərlərin qiymətləndirilməsi sahəsində çox geniş məlumat bazasına sahib və süni intellekt vasitəsi ilə məlumatları emal etməklə müxtəlif müasir həllər təqdim edərək bu sahədə öz uğulu mövqeyini təsdiqləmiş Solera şirkətinin   Azərbaycandakı təmsilçisi Audatex şirkəti ilə iyul ayından başlayaraq əməkdaşlığını genişləndirmişdir.

Belə ki, PAŞA Sığorta şirkətinin idarə heyətinin üzvü Aygün Ömərovanın sözlərinə görə Audatex şirkəti ilə əməkdaşlıq nəticəsində təqdim olunan elektron platforma vasitəsi ilə beynəlxalq avtomobil istehsalçılarının mövcud meyarlarına əsaslanaraq müştərilərin avtomobillərinə dəyən zərərləri keyfiyyət standardlarına uyğun, tam şəffaf və daha sürətli qaydada qiymətləndirmək imkanı yaranacaqdır.


Qeyd etmək istərdik ki, hal hazırda qeyri həyat sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi “PAŞA Sığorta” ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini “BB+”, reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

You may also like

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.