Home » PAŞA Sığorta tərəfindən Tərtərdəki icbari əmlak sığortalı yaşayış evlərinə yanğın və külək nəticəsində dəymiş zərər məbləğləri ödənilib

PAŞA Sığorta tərəfindən Tərtərdəki icbari əmlak sığortalı yaşayış evlərinə yanğın və külək nəticəsində dəymiş zərər məbləğləri ödənilib

by anar
0 comment 3 views 1 minutes read

Tərtər Rayon İcra Hakimiyyətinin və “PAŞA Sığorta” ASC-nin birgə səyi nəticəsində əhalinin sığorta haqqında maarifləndirilmə tədbirləri bu gün öz vacibliyini bir daha sübut etdi. Belə ki, maarifləndirmə nəticəsində əmlakını icbari sığorta ilə sığortalayanlar son zamanlarda baş vermiş güclü külək və yanğın nəticəsində evlərinə dəyən zərər məbləğini əldə ediblər. Zərərçəkənlərə verilən bu ödəniş məbləği dəyən zərərin həcmindən asılı olaraq dəyişiklik göstərib və ən yüksək ödəniş 14850 manat təşkil edib.

İcbari əmlak sığortasının Tərtər ərazisindəki ev və mənzillər üçün 1 illik sığorta haqqı 30 AZN, təminatı isə 15000 AZN-dir. Müraciət etmək üçün linkə keçid edə bilərsiniz: cutt.ly/QetwrlT5

Qeyd edək ki, daşınmaz əmlakın zədələnməsi, məhv olunması yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur. 2006-cı ildən fəaliyyətə başlayan “PAŞA Sığorta” Açıq Səhmdar Cəmiyyəti Azərbaycanın qeyri-həyat sığorta xidmətləri bazarında tanınmış liderlərdən biridir. Şirkətin nizamnamə kapitalının həcmi 50 milyon manatdır və 700 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Kapitalın bu cür yüksək səviyyəsi “PAŞA Sığorta” şirkətinə öz sığorta öhdəliklərini əminliklə yerinə yetirməyə zəruri maliyyə imkanı verir və onun ödəmə qabiliyyətliliyinə zəmanət verir.

Hazırda qeyri-həyat sığorta sektorunun bazar payına görə lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan PAŞA Sığorta 700.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi “PAŞA Sığorta” ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini “BB”, reytinq üzrə proqnozu isə “Müsbət” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindən biridir.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.