PayPal-ın səhmləri saatlarla davam edən ticarətdən sonra 5%-dən çox enib. Kompaniya 2022-ci ilin III rübü ilə bağlı gəlir və mənfəət proqnozunu “vurub”.
BBN.az CNBC Business-ə istinadən xəbər verir ki, səhmlərin enməsinə səbəb isə cari ilin IV rüb ilə bağlı gəlir proqnozunun daha aşağı olması olub.
Refinitiv tərəfindən aparılan sorğuya, əsasən şirkətin növbəti rübdə gəliri 7.38 milyard dollar olacaq, bu isə daha əvvəlki 7.74 milyard dollardan azdır. Refinitiv-in proqnozuna görə, şirkəti bir səhminin qiyməti 96 sent olacaq, əvvəlki proqnoz isə 1.08 dollar yönündə idi.
Mənfi proqnoza rəğmən, şirkətin cari ildə 8-10 milyon yeni istifadəçi qazanacğı gözlənilir.