Home » Pekində Azərbaycanın “China Energy” şirkəti ilə əməkdaşlığı müzakirə edilib

Pekində Azərbaycanın “China Energy” şirkəti ilə əməkdaşlığı müzakirə edilib

by ulviyya
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Çinə səfəri çərçivəsində energetika naziri Pərviz Şahbazov “China Energy International Group Co.Ltd” şirkətinin sədri Lyu Zexiang ilə görüşüb.

Görüşdə Azərbaycanda 2 QVt gücündə bərpa olunan enerji layihələrinin həyata keçirilməsinə dair Energetika Nazirliyi ilə “China Gezhouba Group Overseas Investment” şirkəti arasında imzalanmış Anlaşma Memorandumunun icrasından irəli gələn məsələlər müzakirə edilib. Çin şirkəti ilə azad edilmiş ərazilərdə günəş elektrik stansiyalarının inşası məqsədilə müvafiq tədbirlərin görüldüyü qeyd edilib.

Bərpa olunan enerjinin inkişafının Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasında əsas prioritetlərdən olduğu vurğulanıb, istehlak və ixrac məqsədli enerji layihələri, “Xəzər-Avropa İttifaqı Yaşıl Enerji Dəhlizi”  barədə məlumat verilib.

“China Energy” şirkəti ilə bərpa olunan enerji güclərinin şəbəkəyə inteqrasiyası, “yaşıl enerji”nin ötürülməsi istiqamətlərində əməkdaşlıq imkanları nəzərdən keçirilib. Şirkətlə əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsi məqsədilə birgə tədbirlərin keçirilməsi razılaşdırılıb.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.