Home » Pensiyanın bir növündən başqa növünə keçmə hüququnda məhdudiyyət aradan qaldırılacaq

Pensiyanın bir növündən başqa növünə keçmə hüququnda məhdudiyyət aradan qaldırılacaq

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Pensiya ilə bağlı yeni qanun layihəsində pensiyaçıların maraqları nəzərə alınmaqla, heç bir istisna olmadan pensiyaçının əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququnun təsbit edilməsi nəzərdə tutulur.

Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 34-cü maddəsinə əsasən, pensiyaçının yaşa görə pensiya növündən əlilliyə görə pensiya növünə keçirilməsi məhdudlaşdırılıb. Yəni yaşa görə pensiya alan şəxsin əlilliyə görə də pensiya hüququ yarandıqda, o, yaşa görə pensiyadan imtina edib əlilliyə görə pensiyaya çıxa bilməz.

Yeni qanun layihəsində nəzərdə tutulan dəyişiklik bu məhdudiyyəti aradan qaldırmağa yönəldilib. Yəni, hər hansı bir pensiyaçı öz seçiminə uyğun olaraq hüququ olan istədiyi digər pensiya növünə istisna olmadan keçə biləcək.

Bu zaman pensiyaçının ərizəsinə ən geci 10 iş günü müddətində baxılmaqla onun digər pensiya növünə keçirilməsi və həmin pensiyanın hesablanaraq təyin edilməsi təmin olunacaq.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.