Home » DMA peşə hazırlığının təşkilində əməkdaşlıq üçün müəssisələrlə görüş keçirib

DMA peşə hazırlığının təşkilində əməkdaşlıq üçün müəssisələrlə görüş keçirib

by bbnadm
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Peşə hazırlığının əhatəsinin genişləndirilməsi, aktual istiqamətlər üzrə yeni kursların təşkili və işəgötürənlərlə əməkdaşlıqların qurulması işləri davam etdirilir. Növbəti belə addım olaraq dövlət sektoru ilə özəl sektor əməkdaşlığı çərçivəsində təşkil olunan peşə hazırlığı kurslarında iştirak üçün müraciət edən və müsabiqə yolu ilə seçilən müəssisələrlə görüş keçirilib.

Görüşdə müəssisələrə peşə hazırlığının təşkili prosesi haqqında geniş məlumat verilib, eləcə də bütün müəssisələrin rəy və təklifləri nəzərə alınaraq peşə hazırlığının təşkili prosedurunun optimallaşdırılması və effektivliyinin artırılması, bu sahədə çevikliyin və rəqabətliliyin təmin olunması istiqamətində görüləcək növbəti işlər müzakirə edilib.

Peşə hazırlığının dövlət sifarişi ilə adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçirilməsi üzrə Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlıq etmək istəyən işəgötürənlər Agentliyin rəsmi saytında (dma.gov.az) qeydiyyatdan keçə bilərlər.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.