Home » Peşəyönümü tədbiri çərçivəsində şagirdlərin istehsalat müəssisəsinə ekskursiyası təşkil edilib

Peşəyönümü tədbiri çərçivəsində şagirdlərin istehsalat müəssisəsinə ekskursiyası təşkil edilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti  tərəfindən peşəyönümü tədbiri çərçivəsində 254 saylı orta məktəbin şagirdləri üçün istehsalat sahəsinə ekskursiya təşkil edilib.

Şagirdlər “Xəzri TN” MMC çörək zavodunda istehsalın bütün mərhələləri, həmçinin zavodun laboratoriyası ilə tanış olublar. Onlar müəssisədəki peşələr, buradakı iş prosesi haqqında geniş məlumat əldə ediblər. 

Peşəyönümü tədbirləri gənc nəslin əmək bazarına uyğun düzgün peşə seçiminə dəstək verilməsi, əmək bazarında olan peşələr, işəgötürənlərin peşə və ixtisaslara tələbləri barədə onların məlumatlandırılması məqsədi daşıyır. Belə tədbirlərin il ərzində digər məktəblərin şagirdləri üçün də təşkil olunması planlaşdırılır.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.