Home » “Pocketbook” layihəsinin təqdimatı keçirilib

“Pocketbook” layihəsinin təqdimatı keçirilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və “Socar Türkiyə”nin təşkilatçılığı ilə “PocketBook” layihəsi və saytının təqdimatı, həmçinin sahibkarlarla görüş keçirilib.

Tədbirdə rəsmi şəxslərlə yanaşı, müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlarda iştirak edib.

AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev “Pocketbook” layihəsi müəssisələrin idarə edilməsində, kadrların əmək fəaliyyətinin stimullaşdırılmasında faydalı olacağını vurğulayıb, layihə barədə tədbir iştirakçılarını məlumatlandırıb. Bildirilib ki, layihə müasir iş dünyasında lazımi bilik və bacarıqların təkmilləşdirilməsi, “İdarəetmə kitabları”ndan hər bir vətəndaşın elektron formatda faydalanması imkanı yaradacaqdır. Layihəyə daxil olan kitablar marketinq, bazar araşdırması, büdcənin tərtib edilməsi, müştəri xidmətləri, komandanın qurulması, qərarların qəbul edilməsi və s. bilik və bacarıqları əhatə edir.

Bundan başqa, ümumilikdə 103 kitabın Azərbaycan dilinə tərcümə olunaraq sayta yüklənəcəyi vurğulanıb. Artıq 3 kitab sayta yerləşdirilib.

Sonda “Pocketbook” layihəsinin təqdimatı keçirilib, müzakirələr aparılıb, suallar cavablandırılıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.