Home » “Potensial ABAD-çılara dəstək” layihəsi çərçivəsində 23 nəfərə avadanlıqlar təqdim edilib

“Potensial ABAD-çılara dəstək” layihəsi çərçivəsində 23 nəfərə avadanlıqlar təqdim edilib

by khayale
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxsin birgə təşəbbüsü olan “Potensial ABAD-çılara dəstək” layihəsi icra olunmaqdadır.

Layihə çərçivəsində 23 nəfər potensial “ABAD”çıya Dövlət Məşğulluq Agentliyi tərəfindən avadanlıqlar təqdim edilib. Bununla bağlı keçirilən tədbirdə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli və “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev iştirak edib.

Qurum rəhbərləri çıxış edərək layihənin mikro, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək məqsədi daşıdığını vurğulayıblar. Bildirilib ki, qurulan mikro sahibkarlıq subyektləri  bazar tələblərinin qarşılanması üçün yüksək keyfiyyətli məhsullar istehsal etmək üçün səy göstərəcək.

Qeyd edək ki, layihə çərçivəsində Dövlət Məşğulluq Agentliyi tərəfindən avadanlıqlarla təmin edilmiş benefisiarlara, o cümlədən mikro sahibkarlara “ABAD” tərəfindən biznes-konsaltinq, texniki dəstək, marketinq, mühasibatlıq, hüquqi xidmətlər, logistika və satışın təşkili kimi xidmətlər göstəriləcək. Bununla da işsiz vətəndaşların məşğulluğu təmin olunaraq mikro sahibkarlar formalaşmış olacaq.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.