Home » Premium Bank-dan yeni Mastercard World Elite!

Premium Bank-dan yeni Mastercard World Elite!

by khayale
0 rəy 2 baxış 1 dəqiqə oxuma

“Premium Bank” və “Mastercard Azərbaycan” birgə, yeni kart məhsulu olan “Mastercard World Elite”i təqdim edib. “Mastercard World Elite” kartı komfort və ən yüksək səviyyədə xidmətə üstünlük verən, səyahət etməyi sevənlər üçün yaradılıb. Təqdim olunan kartın imkanları olduqca genişdir.

Mastercard World Elite” kartı sahibinə rahat və asan istifadə oluna bilən maliyyə alətindən bir çox unikal təkliflər, üstünlüklər təqdim edən, müxtəlif imtiyazlardan yararlanmaq imkanı verən açardır.

Mastercard World Elite” sahibləri ölkədaxili 10000 AZN-dək nağdlaşdırma əməliyyatları həyata keçirərkən heç bir komissiya ödəmirlər. “Mastercard World Elite” sahiblərinin, bu kartın bütün üstünlüklərindən istifadə edərək bonus ballar toplamaq və bununla bir sıra əla təkliflərdən – “Heydər Əliyev Beynəlxalq Aeroportu”nun xüsusi zalına giriş, “Azərbaycan Hava Yolları” aviaşirkətinin bütün reyslərinə biznes sinfi aviabiletlərini pulsuz əldə etmək kimi unikal imkanları var.

Hazırda “Mastercard World Elite” kartını Bankın Baş ofisinə, filiallarına yaxınlaşmaqla və ya veb-saytından sifariş etməklə əldə etmək mümkündür.

Maliyyə sektorunda müştərilərinə keyfiyyətli və sürətli xidmət göstərən, etibarlı nüfuza və stabil maliyyə gücünə malik “Premium Bank”ın məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın Baş ofisindən və filiallarından, www.premiumbank.az veb-saytından, 931 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi sosial media səhifələrindən əldə etmək olar.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.