Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Prezident ARDNF-in 2026-cı il büdcəsini təsdiqlədi: Gəlir və xərclər azalır - BBN

Prezident ARDNF-in 2026-cı il büdcəsini təsdiqlədi: Gəlir və xərclər azalır

Prezident İlham Əliyev Dövlət Neft Fondunun (ARDNF) 2026-cı il büdcəsi haqqında fərman imzalayıb.

Fərmana əsasən, 2026-cı ildə ARDNF-in büdcə gəlirlərinin 13 milyard 32,3 milyon manat olması proqnozlaşdırılır ki, bu da cari illə müqayisədə 9,8 % azdır. Fondun büdcə xərcləri isə 13 milyard 16 milyon manat təşkil edəcək və bu göstərici 11 % azalma deməkdir.

Bundan başqa, 2026-cı il üzrə dövlət büdcəsinə ARDNF-dən transfertin həcmi 12 milyard 835 milyon manat nəzərdə tutulub. Bu məbləğ 2025-ci ilin təsdiqlənmiş proqnozu ilə müqayisədə 11,4 % azdır.

Related posts

Tramp müharibənin bitdiyini deyir, amma neft böhranı hələ bitməyib

İran neft blokadasını davam etdirəcək: ABŞ-dan sərt xəbərdarlıq

Neft bazarında şok eniş: Trampın açıqlamasından sonra qiymətlər 10%-dən çox ucuzlaşdı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı