1

Prezident İlham Əliyev Dövlət Neft Fondunun (ARDNF) 2026-cı il büdcəsi haqqında fərman imzalayıb.
Fərmana əsasən, 2026-cı ildə ARDNF-in büdcə gəlirlərinin 13 milyard 32,3 milyon manat olması proqnozlaşdırılır ki, bu da cari illə müqayisədə 9,8 % azdır. Fondun büdcə xərcləri isə 13 milyard 16 milyon manat təşkil edəcək və bu göstərici 11 % azalma deməkdir.
Bundan başqa, 2026-cı il üzrə dövlət büdcəsinə ARDNF-dən transfertin həcmi 12 milyard 835 milyon manat nəzərdə tutulub. Bu məbləğ 2025-ci ilin təsdiqlənmiş proqnozu ilə müqayisədə 11,4 % azdır.




