Home » Prezident İlham Əliyev 16 qanuna və Vergi Məcəlləsinə dəyişiklikləri təsdiqlədi: Sahibkarlıq üçün vergi və sosial sığorta yükü azaldılır

Prezident İlham Əliyev 16 qanuna və Vergi Məcəlləsinə dəyişiklikləri təsdiqlədi: Sahibkarlıq üçün vergi və sosial sığorta yükü azaldılır

by Zeyneb
0 comments 1 views 1 minutes read

Prezident İlham Əliyev Milli Məclisin dekabrın 9-da qəbul etdiyi Vergi Məcəlləsinə və 16 qanuna dəyişiklikləri təsdiqləyib.

Buna uyğun olaraq, dəyişikliklər paketi investisiya mühitinin və sahibkarlıq fəaliyyətinin təşviq edilməsini, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılmasını, vergi daxilolmalarının və büdcə gəlirlərinin tənzimlənməsini, vergi nəzarəti mexanizminin təkmilləşdirilməsini və kölgə iqtisadiyyatına qarşı mübarizəni hədəfləyir.

Dəyişikliklər arasında “Milli Məclis deputatının statusu haqqında”, “Sosial sığorta haqqında”, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, “Tibbi sığorta haqqında”, “Dövlət rüsumu haqqında”, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarının dövlət icbari şəxsi sığortası haqqında”, “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Gömrük tarifi haqqında”, “Nağdsız hesablaşmalar haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunlar yer alıb.

Xüsusilə “Sosial sığorta haqqında” qanunda edilən dəyişikliklər sahibkarların sosial sığorta yükünün optimallaşdırılmasını və Naxçıvan Muxtar Respublikasında ödənilən məcburi dövlət sosial sığorta haqlarının subsidiyalaşdırılmasını nəzərdə tutur.

Bu dəyişikliklər ölkədə iqtisadi fəaliyyətin daha da stimullaşdırılması və sosial müdafiənin gücləndirilməsi istiqamətində atılmış mühüm addımdır.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.