0
Fevralın 20-də Prezident İlham Əliyev 2024-cü il yanvarın 9-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Fərman imzalayıb.
Fərmanla Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra onun müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb.