Home » Prezident İlham Əliyevin təsdiqi ilə ölkəmizdən keçən beynəlxalq dəhlizlərlə bağlı Fəaliyyət Planı təsdiq olunub

Prezident İlham Əliyevin təsdiqi ilə ölkəmizdən keçən beynəlxalq dəhlizlərlə bağlı Fəaliyyət Planı təsdiq olunub

by ulviyya
0 rəy 4 baxış 1 dəqiqə oxuma

Bu gün Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev ölkəmizdən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair, 2024 və 2026-cı illəri əhatə edən fəaliyyət planını təsdiq edib.

Bu fəaliyyət planında Bakı Beynəlxalq Dəniz Ticarət Limanının fəaliyyətinin təkmilləşdirilməsi kontekstində bəndlər qeyd olunub.

Bunların sırasına, Bakı Limanında sərhədindən buraxılış məntəqələrində sərhəd və gömrük nəzarətinin, eləcə də tranzit yüklərin rəsmiləşdirilməsinin səmərəli qaydada aparılmasını təmin etmək məqsədilə infrastrukturun təkmilləşdirilməsi, Bakı Limanında yük terminalının konteyner üzrə yükaşırma qabiliyyətinin artırılması, limanda idxal və ixrac gömrük rejimi prosedurlarının tətbiqi, Dübəndi terminalında dibdərinləşdirmə işlərinin aparılması, liman ərazisində çeşidləmə məntəqəsində əlavə dörd dəmiryol xəttinin və konteyner terminalının tikintisi və Baş Ələt dəmiryol stansiyasının əsaslı təmiri, limanda yük terminalının konteyner üzrə yükaşırma qabiliyyətinin artırılması üçün infrastruktur genişləndirilməsi və zəruri avadanlıqlar alınması, idxal, ixrac rejimli yüklər üzrə genişfunksiyalı əməliyyat imkanlarının yaranması nəticəsində Şərq−Qərb istiqamətində yükdaşımalarda konteyner yüklərinin payı artırılması, habelə yük avtomobil nəqliyyat vasitələrinin bir mərkəzdə cəmləşməsi təmin edilməsi, liman ərazisində çeşidləmə məntəqəsində əlavə dörd dəmiryol xəttinin və konteyner terminalının tikintisi nəticəsində yüklərin çeşidlənməsində operativlik təmin edilməsi və əsaslı təmiri nəticəsində stansiyanın yükötürmə qabiliyyətinin artırılması kimi məsələlər daxildir.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.