Home » Prezident vergi və bank qanunlarına dəyişiklikləri təsdiqlədi

Prezident vergi və bank qanunlarına dəyişiklikləri təsdiqlədi

by Zeyneb
0 comments 1 views 1 minutes read

Prezident İlham Əliyev Milli Məclisin fevralın 13-də qəbul etdiyi Vergi Məcəlləsində, “Banklar haqqında” və “Gömrük tarifi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Yenilənmiş sənədlərə əsasən, vergi orqanlarında uçotda olmayan şəxslərə elektron ticarət qaydasında iş və xidmətlərin təqdim edilməsindən gəlir əldə edən, internet informasiya ehtiyatı vasitəsilə elektron ticarət həyata keçirən qeyri-rezidentlər alıcısı Azərbaycanda olan iş və xidmətlərin təqdimindən əldə etdikləri dövriyyə təqvim ili ərzində 10 min ABŞ dollarının manat ekvivalentini keçdikdən sonra 30 gün müddətində elektron qaydada vergi uçotuna alınmalıdırlar.

Qeyd olunan həddən – 10 min ABŞ dollarının manat ekvivalentindən – aşağı dövriyyəyə malik qeyri-rezidentlərin isə elektron qaydada vergi uçotuna alınması könüllü əsasda həyata keçiriləcək.

Dəyişikliklərə əsasən, məsləhət, hüquq, maliyyə, mühasibat, dizayn və mühəndis xidmətlərinin elektron poçt və digər interaktiv ünsiyyət vasitələri ilə göstərilməsi, internet üzərindən real vaxt rejimində təqdim edilən tədris və təlim xidmətləri, eləcə də elm, təhsil, mədəniyyət, idman və əyləncə tədbirləri üçün biletlərin onlayn sifarişi bu maddənin məqsədləri üçün elektron ticarət qaydasında təqdim edilən xidmətlərə aid edilmir.

Bundan başqa, vergi orqanlarında uçotda olmayan şəxslərə elektron ticarət qaydasında iş və xidmətlərin təqdim edilməsindən gəlir əldə edən qeyri-rezidentlərin (Vergi Məcəlləsinin 19-cu maddəsində nəzərdə tutulan daimi nümayəndəliklər istisna olmaqla) elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, əlavə dəyər vergisinin (ƏDV) ödəyicisi kimi qeydiyyata alınması, ƏDV bəyannaməsinin təqdim edilməsi və ƏDV-nin ödənilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tənzimləyəcək.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.