Home » Prezident: “Visa” ilə əməkdaşlıq genişlənəcək

Prezident: “Visa” ilə əməkdaşlıq genişlənəcək

by Zeyneb
0 comments 2 views 1 minutes read

Azərbaycan Prezidenti İlham Əliyev “Visa” şirkəti ilə əməkdaşlığı yüksək qiymətləndirib və bu istiqamətdə işlərin davam etdiriləcəyini bildirib.

Dövlət başçısı fevralın 9-da ABŞ Ticarət Palatası-nın beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən bu barədə danışıb.

Prezident qeyd edib ki, “Visa” ilə bağlı hökumət qurumlarından çox məhsuldar əməkdaşlıq haqqında məlumat alıb və bundan məmnundur. O, şirkətin İqtisadiyyat Nazirliyi, Mərkəzi Bank, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və digər qurumlarla əməkdaşlıq etdiyini xatırladıb.

“Biz müasirləşməni davam etdirmək, insanların gündəlik həyatını daha rahat etmək üçün gələn illərdə də ‘Visa’ ilə sıx işləyəcəyik”, – deyə dövlət başçısı vurğulayıb.

“Visa”nın baş vitse-prezidenti, MDB və Cənubi və Şərqi Avropa regionu üzrə meneceri Kristina Doros bildirib ki, şirkət artıq 30 ildir yerli banklarla səmərəli əməkdaşlıq edir. Onun sözlərinə görə, “Visa” Azərbaycanda qabaqcıl, təhlükəsiz və inklüziv ödəniş sisteminin inkişafı istiqamətində layihələr həyata keçirir.

K.Doros həmçinin “Azərbaycan 2030” Strategiyası çərçivəsində milli prioritetlər üzrə əməkdaşlığa görə hökumətə təşəkkürünü ifadə edib.

Mənbə: Report.az

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.