Home » Pərakəndə ticarət dövriyyəsi 1.2 faiz artıb

Pərakəndə ticarət dövriyyəsi 1.2 faiz artıb

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

2020-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində əhaliyə 9,2 milyard manatlıq, o cümlədən 4,8 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 4,4 milyard manatlıq qeyri-ərzaq malları satılmışdır. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə ümumi ticarət dövriyyəsi üzrə 1,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,9 faiz artım, qeyri-ərzaq malları üzrə isə 0,5 faiz azalma müşahidə olunmuşdur.

Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:

Məhsul qruplarının adlarıSatışdan gəlir, milyon manatla2019-cu ilin yanvar – mart aylarına nisbətən, faizlə
Pərakəndə ticarət dövriyyəsi9 242,3101,2
o cümlədən:
ərzaq məhsulları4 338,2103,1
içkilər və tütün məmulatları       502,8100,8
toxuculuq məhsulları, geyim və ayaqqabılar1 545,796,4
elektrik malları və mebellər   528,4100,1
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları63,698,3
əczaçılıq və tibbi mallar144,7130,5
avtomobil yanacağı481,997,7
digər qeyri-ərzaq məhsulları  1 637,0100,8

Cari ilin birinci rübündə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 46,9 faizi ərzaq məhsullarının, 5,5 faizi içkilər və tütün məmulatlarının, 16,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7 faizi elektrik malları və mebellərin, 5,2 faizi avtomobil yanacağının, 1,6 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,7 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.

2020-ci ilin yanvar-mart aylarında istehlak məhsullarının dəyər ifadəsində 23,7 faizi ticarət müəssisələri, 47,8 faizi fərdi sahibkarlar tərəfindən, 28,5 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2019-cu ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 28,5 faiz artmış, fərdi sahibkarlar üzrə 1,1 faiz, bazar və yarmarkalarda isə 11,0 faiz azalmışdır.

Hesabat rübündə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 309,4 manat və ya 2019-cu ilin müvafiq rübünün göstəricisindən nominal ifadədə 10,8 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 162,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 147,3 manatlıq qeyri-ərzaq malları almışdır.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.