Home » Pərakəndə ticarət dövriyyəsi 1.7 faiz azalıb

Pərakəndə ticarət dövriyyəsi 1.7 faiz azalıb

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

2020-ci ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 14567,2 milyon manatlıq, o cümlədən 7827,7 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 6739,5 milyon manatlıq qeyri-ərzaq malları satılmışdır. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-may aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,7 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 6,7 faiz azalmış, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 3,2 faiz artmışdır. Elektron ticarət dövriyyəsi ötən ilin yanvar-may ayları ilə müqayisədə 1,7 dəfə cox olmuşdur.

Hesabat dövründə əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:

Məhsul qruplarının adlarıSatışdan gəlir, milyon manatla2019-cu ilin yanvar – may aylarına nisbətən, faizlə
Pərakəndə ticarət dövriyyəsi14 567,298,3
o cümlədən:
ərzaq məhsulları7 036,6103,5
içkilər və tütün məmulatları791,1100,3
toxuculuq məhsulları, geyim və ayaqqabılar2 172,981,9
elektrik malları və mebellər834,394,9
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları100,598,4
əczaçılıq məhsulları və tibbi ləvazimatlar262,3142,2
avtomobil benzini və dizel yanacağı807,399,2
digər qeyri-ərzaq malları2 562,298,6

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 48,3 faizi ərzaq məhsullarının, 5,4 faizi içkilər və tütün məmulatlarının, 14,9 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7 faizi elektrik malları və mebellərin, 5,6 faizi avtomobil benzini və dizel yanacağının, 1,8 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,6 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.

2020-ci ilin yanvar-may aylarında istehlak məhsullarının dəyər ifadəsində 23,6 faizi ticarət müəssisələri, 49,5 faizi fərdi sahibkarlar tərəfindən, 26,9 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2019-cu ilin yanvar-may ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 13,4 faiz, fərdi sahibkarlar üzrə 0,5 faiz artmış, bazar və yarmarkalarda isə 15,1 faiz azalmışdır.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 292,6 manat və ya 2019-cu ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 2,5 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 157,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 135,4 manatlıq qeyri-ərzaq malları almışdır.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.